"Durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik"

5 Avqust 2023 12:30 Bizimkilər 657
"Durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik"

“Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü idi.

O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik.

Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir”.

Bunu Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahbəsində deyib.

“Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”, - deyə Prezident İlham Əliyev bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı