Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i Konfrans Liqası ilə vidalaşıb.
Sportinfo.az xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Lütsern"in qonağı olan Stokholm təmsilçisi 1:1 hesablı heç-heçə edib.
Evdəki ilk qarşılaşmada rəqibinə uduzan (0:1) qonaqlar iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.
Oyuna ehtiyatda başlayan Qurbanlı 38-ci dəqiqədə Oskar Falleniusun əvəzinə meydana daxil olub. 21 yaşlı forvard oyunda olduğu müddətdə qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

