"Kəpəz"dən ayrılan Bəxtiyar Həsənalızadənin yeni klubu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək.
Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.
Azərbaycan milli komandasının üzvü "Tuzlaspor"la razılıq əldə edib. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq.
Bu gün “Kəpəz”də gözlənilməz ayrılıq baş verib. Gəncə təmsilçisi Bəxtiyar Həsənalızadə ilə sağollaşıb.
Premyer Liqa klubu rəsmi saytı vasitəsilə 31 yaşlı mərkəz müdafiəçisinin karyerasını Türkiyədə davam etdirəcəyini açıqlayıb.
Millinin üzvünün klubla müqaviləsində ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer alıb və Həsənalızadə bundan yararlanıb. Nəticədə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Yay fasiləsində “Sabah”dan ayrılan Bəxtiyar Həsənalızadə cəmi 9 gün əvvəl – iyulun 25-də “Kəpəz”lə 1 illik müqavilə imzalamışdı.

