“Ermənistan siyasi rəhbərliyi vəziyyətin gərginləşməsinə xidmət edir”

1 Avqust 2023 07:10 Bizimkilər 492
“Ermənistan siyasi rəhbərliyi vəziyyətin gərginləşməsinə xidmət edir”

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistanın Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasəti ilə bağlı bəyanat yayıb.

Ombudsmandan verilən bəyanatda bildirilir:

“Son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajlar bir daha onu göstərir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasətini davam etdirməkdədir.

Əvvəlki bəyanatlarımızda da qeyd etdiyimiz kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır. Ermənistan Ombudsmanının bu məsələ ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir.

Bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mətbuatda hadisələrin qərəzli şəkildə şişirdilməsi, insanlar arasında nifaq salınması regionda dayanıqlı sülh prosesinə mane olur və eyni zamanda, mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı