Bakı Kreml və İrəvana daha xəbərdarlıq etməyəcək, zərbə endirəcək!

1 Aprel 2023 03:10 Bizimkilər 200
Bakı Kreml və İrəvana daha xəbərdarlıq etməyəcək, zərbə endirəcək!

Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına qarşı bütün vasitələrdən istifadə edilir.

Rusiya-Fransa-Ermınistan üçlüyü bu istiqamətdə ortaq hərəkət edirlər. Ermənistan həm Rusiyanın, həm də Fransanın məkrli planlarında baş rolda çıxış edir.

Və Ermənistan üzərindən yürüdülən bu iki pozucu xətt hazırda Cənubi Qafqazda normal inkişaf perspektivlərinə ən təhlükəli təhdiddir.

Azərbaycan Müdafiə Nazirliyi uzun müddətdir ki, Rusiyanı və Ermənistanı Xankəndi və ətraf bölgədə hərbi gərginliyə yol davranışlardan imtina etməyə çağırırdı. Əks halda, Azərbaycan ordusunun bu təxribatçı davranışların qarşısını almaq üçün qətiyyətli addımlar atacağı barədə xəbərdarlıq edirdi. Və regionda baş verə biləcək bütün hadisələrə görə məsuliyyətin məhz təxribatları törədən tərəflərin üzərində qalacağını vurğulayırdı.

Ancaq Ermənistan və Rusiya Azərbaycan Müdafiə Nazirliyinin sərt xəbərdarlıqlarını eşitməyə həvəs göstərmirdi. Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə Ermənistan Azərbaycanın Xankəndi və ətraf bölgəsinə silah-sursat, hərbi texnika, canlı qüvvə daşımaqda davam edirdi. Laçın yolunda Azərbaycan ekofəallarının aksiyasından sonra Rusiya və Ermənistanın bu təxribatçı fəaliyyəti nisbətən məhdudlaşsa da, alternativ torpaq yollardan istifadə etməyə başlamışdılar.

6f4b4ed77c899cb0ca4a70591b7bad2c.jpg (180 KB)

Təbii ki, rəsmi Bakı Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin və Ermənistanın bu təxribatçı davranışlarına uzun müddət səbr göstərə bilməzdi. Azərbaycan ordusu hərəkətə keçdi və rus sülhməramlıların müşayiəti ilə erməni separatçı-terrorçular üçün silah-sursat daşınan torpaq yollar nəzarət altına alındı. Və rəsmi Bakının bu qətiyyətli, prinsipial davranışı erməni-rus təxribat ortaqlığını pozmuş oldu.

İndi Rusiya Müdafiə Nazirliyi yenidən üçtərəfli müqavilələri xatırlamaq məcburiyyətində qalıb. Azərbaycanı həmin sənədi pozmaqda ittiham etməyə çalışır. Halbuki, üçtərəfli anlaşmalar yalnız Azərbaycanın onları icra etməsi üçün imzalanmayıb. Üçtərəfli anlaşmalar həmin sənədlərin altında imzası olan Rusiya və Ermənistan tərəfindən də icra edilməlidir. Üstəlik, rəsmi Bakı əslində, üçtərəfli anlaşmaları qətiyyən pozmayıb, əksinə, Azərbaycan ordusunu hərəkətə gətirməklə, həmin sənədlərin yerinə yetirilməsini təmin edib.

Vaxtilə BMT Təhlükəsizlik Şurası Qarabağla bağlı dörd qətnamə qəbul etmişdi. Ancaq Ermənistan 30 il ərzində həmin qətnamələri icra etmirdi, Azərbaycan ərazilərini işğal altında saxlayırdı. Ona görə də, Azərbaycan ordusu hərəkətə gətirildi və cəmisi 44 gün ərzində BMT qətnamələrinin reallaşmasını təmin etdi.

Maraqlıdır ki, Azərbaycan ordusu indi də təxminən eyni funksiyanı yerinə yetirməyə çalışır. Ermənistan üçtərəfli anlaşmalara zidd olaraq, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinə silah-sursat daşıyırdı. Və Azərbaycan ordusu alternativ torpaq yolları nəzarətə götürməklə, bu təxribatçı davranışların qarşısını almış oldu.

e04f4bcde80ae850e5ed7019be646517.jpg (219 KB)

Halbuki, bu addımı məhz indi birdən-birə yenidən üçtərəfli anlaşmaları xatırlayan Rusiya atmalıydı. Ancaq Rusiyadan belə bir mövqe gözləmək sadəlövhlük olardı. Çünki, elə rus sülhməramlılar üçtərəfli anlaşmaları ən kobud şəkildə pozmaqla, diqqəti çəkirlər. Hər halda, rus sülhməramlıların Ermənistanın erməni separatçı-terrorçulara silah-sursat daşınmasını müşayiət etməsinin də üçtərəfli anlaşmalara nə qədər uyğun olduğunu Kremldə arqumentləşdirməyə çalışmalıdırlar.

Əslində, Rusiya nə qədər üçtərəfli anlaşmaların icrasından danışsa da, elə həmin sənədlərin tələblərini ən çox pozan tərəfdir. Hətta rus sülhməramlıların bölgəyə yerləşdirilməsi də üçtərəfli anlaşmaların kobud şəkildə pozulması ilə reallşdırılmışdı. Çünki rus sülhməramlılar yerləşdirilməsi Ermənistan ordusunun çıxarılmasıma paralel baş verməliydi. Halbuki, rus sülhməramlılar yerləşdirilib, Ermənistan ordusunun qalıqları isə Azərbaycan ərazisindən hələ də çıxarılmayıb. Bu isə Ermənistan və Rusiyanın üçtərəfli anlaşmaları kobud şəkildə pozması anlamına gəlir. Və ona görə də, Rusiyanın Azərbaycanı bu mövzuda ittiham etməyə ümumiyyətlə, haqqı yoxdur.

Digər tərəfdən, Kreml Azərbaycan ərazisində erməni separatçı-terrorçuları dəstəkləməklə də rəsmi Bakını daha qətiyyətli addımlar atmağa sövq edir. Belə ki, bir müddət öncə Rusiya erməni mənşəli kriminal oliqarx Ruben Vardanyanı Azərbaycanın Xankəndi və ətraf bölgəsinə göndərmişdi. Ancaq rəsmi Bakı Kremlin "təxribat emissarı"nı oyundankənar vəziyyətə salmaqla, Rusiyanın məkrli planlarını pozmağa nail oldu. Və bu baxımdan, Kremlin təxribat manevrləri üçün məkan daralmış kimi görünür.

Hazırda Kreml daha çox erməni separatçı-terrorçuların ümidinə qalıb. Belə ki, Rusiya erməni separatçı-terrorçuları radikallaşdırmaqla, Xankəndi və ətraf bölgənin Azərbaycana reinteqrasiya prosesinə əngəl törətməyə çalışır. Hətta son vaxtlar kənara çəkiləcəyi iddia olunan erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanın Rusiyada yenidən təlimatlandırıldığı barədə də məlumatlar mövcuddur.

9ff29512c34991a04a3d20e20a452726.jpg (213 KB)

Məsələ ondadır ki, Ermənistanın “Hraparak” qəzeti Araik Arutyunyanın yenə Rusiyada "işgüzar" səfərdə olduğu və bir neçə gün əvvəl geri qayıdığı barədə məlumat yayıb. Həmin məlumata görə, o, Moskvadan qayıtdıqdan sonra yaxın ətrafını toplayıb və bildirib ki, onlar ya Qarabağdan çıxmalıdırlar, ya da sona qədər müqavimət göstərib, döyüşməlidirlər. Erməni separatçı-terrorçuların rəhbəri artıq kənara çəkilmək barədə düşünmədiyini də bildirib, bütün fəaliyyətini yaxınlaşan müharibəyə hazırlaşmağa yönəldəcəyini vurğulayıb və sürətlə silahlanmağı tapşırıb.

Göründüyü kimi, Araik Arutyunyan Moskvadan qayıtdıqdan sonra regionda hərbi gərginliyin artmasına yönəlik addımların atılmasına cəhd göstərir. Belə anlaşılır ki, Rusiyada ona belə bir təlimat verilib, hər cür dəstək vədləri ilə cəsarətləndirilib. Rus sülhməramlıların Ermənistandan erməni separatçı-terrorçulara silah-sursat daşıması da bu ehtimalın doğru olduğunu biruzə verir.

Ancaq rəsmi Bakı Rusiya və Ermənistana Azərbaycan ərazisində öz məkrli planlarını reallaşdırmasına imkan vermək niyyətində deyil. Azərbaycan ordusu qarşı tərəfin təxribatçı planlarına priventiv zərbələr endirməyə başlayıb. Laçın yoluna alternativ torpaq marşrutların nəzarətə götürülməsi həm Rusiyanı, həm də Ermənistanı küncə sıxışdırıb. Yəqin ki, tezliklə hər iki təxribat qaynağı bölgədə hərbi-siyasi böhranla üzləşəcək. Və böyük ehtimalla bundan sonra rəsmi Bakı xəbərdarlıq etmədən davranacaq, ona görə də, rus sülhməramlılar vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində də qala bilərlər (musavat.com)

Digər Xəbərlər
Xəbər Lenti