Qətərdəki dünya çempionatında neçə azərbaycanlı çalışır?

28 Noyabr 2022 20:40 Bizimkilər 724
Qətərdəki dünya çempionatında neçə azərbaycanlı çalışır?

“Mundialın arxa planında xeyli sayda azərbaycanlı çalışır.

Hazırda 175 həmyerlimiz Qətərdə dünya çempionatı ilə bağlı müxtəlif sahələrdə fəaliyyət göstərir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Qətərdəki 32 məşq stadionunun elektrik işlərinin FİFA standartlarına uyğun olaraq dizayn və quraşdırması işlərinə cavabdeh olan Xəyyam Əliyev deyib.

Asiya ölkəsində keçirilən dünya çempionatında Azərbaycan millisi olmasa da, azərbaycanlılar var.

Qeyri-rəsmi mənbədən əldə etdiyimiz bilgiyə görə, artıq xeyli vaxtdır 200-ə yaxın həmyerlimiz bu zəngin ölkədə mundialın əziyyətini çəkir.

Həmin şəxslər yaşıl meydanlarda top dalınca qaçmır. Amma mötəbər turnirin nöqsansız başa çatması üçün bilik və təcrübəsini bölüşür.

Belələrindən biri də Mingəçevir Özəl Türk Litseyinin məzunu, ali təhsilini Türkiyənin Karadeniz Texniki Universitetinin Elektrik və elektronika mühəndisliyi fakültəsində almış Xəyyam Əliyevdir.

Onu dinləyək: “Bəziləri ailəsi ilə birgə gəlib. Təbii ki, müxtəlif vaxtlarla müxtəlif yerlərdə üz-üzə gəlmək imkanımız olur.

Amma burada elədir ki, hər kəsin öz işi var. Səhərdən axşama qədər işləyirsən, işdən sonra yorğunluğunu çıxarırsan.

Mütəmadi görüşmək üçün elə də çox zamanımız olmur”.

Digər Xəbərlər
Xəbər Lenti