Yığmamızın forvardı Birinci Liqa klubu ilə müqavilə imzalayacaq

7 Avqust 2024 01:50 Bizimkilər 731
Yığmamızın forvardı Birinci Liqa klubu ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun "Ankaragücü"yə keçəcəyi bəlli olub.

Sportinfo.az “Zafer Gazetesi”nə istinadən xəbər verir ki, 25 yaşlı forvardın Türkiyə klubu ilə müqavilə üçün Ankaraya yollanacağı vaxt bilinib.

O, bu gün axşam saatlarında Ankaraya yollanacaq və Birinci Liqa klubu ilə rəsmi müqavilə imzalayacaq.

Müqavilə əsasında İsveçrənin “Qrasshopper” klubuna məxsus olan Renat ötən mövsümü icarə əsasında Türkiyənin Superliqa təmsilçisi “Hatayspor”da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!