İsveç klubunu Musa Qurbanlını niyə iştirak ərizəsinə salmadı?

15 Aprel 11:20 Bizimkilər 1 022
İsveç klubunu Musa Qurbanlını niyə iştirak ərizəsinə salmadı?

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveç çempionatının III turunda “Sirius”la oyunda “Yurqorden”in iştirak ərizəsinə düşə bilməməsinin səbəbi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Stokholm təmsilçisinin baş məşqçisi Tomas Laqerlöf yerli mətbuata açıqlamasında bunu rəqabətlə əlaqələndirib.

“Komandada rəqabət yüksək səviyyədədir. Oyunların iştirak ərizəsində isə yalnız 20 futbolçu yer ala bilər.

Komandanın bütün mövqelərində tarazlıq olmalıdır. Biz də “Sirius”la görüş üçün daha yaxşı seçimlərimiz olduğunu hiss etdik”, - deyə baş məşqçi bildirib.

Musa Qurbanlı mövsümün ilk üç matçının cəmi birində meydana çıxıb. "Sirius" üzərində 2:0 hesablı qələbə qazanan “Yurqorden” hazırda 7 xalla turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU