Sərhədlərimizi xüsusi hava qüvvələri mühafizə edəcə - MÜHÜM HADİSƏ

12 May 14:30 Bizimkilər 412
Sərhədlərimizi xüsusi hava qüvvələri mühafizə edəcə - MÜHÜM HADİSƏ

Azərbaycanda “Sərhəd mühafizə orqanları haqqında” Qanuna dəyişiklik edilib.

Mayın 10-da dəyişiklik haqqında qanunu Prezident İlham Əliyev təsdiqləyib.

Dəyişikliyə əsasən Dövlət Sərhəd Xidməti haqqında Əsasnaməyə hava əməliyyatlarının xüsusi təyinatlı qüvvələri də əlavə edilib.

Başqa sözlə, əgər indiyədək Azərbaycanın sərhədlərinin toxunulmazlığı çevik reaksiya qüvvələri, Sahil Mühafizəsi və sərhəd nəzarəti tərəfindən təmin edilirdisə, artıq siyahıya hava əməliyyatlarının xüsusi təyinatlıları da əlavə edilib.

Söhbət hansı əməliyyatlardan gedir? Xüsusən də Ermənistanla sərhədlərimizin mühafizəsində, erməni təxribatlarının önlənməsində yeni qüvvələrin rolu nədən ibarət olacaq?

Hərbi ekspert Alp Arslan İmamqulu bu qərarın əhəmiyyətindən danışdı: “Azərbaycan Respublikasının dövlət sərhədlərinin quruda, dənizdə və havada qorunması qanunla Dövlət Sərhəd Xidmətinin vəzifə borclarından biridir. DSX müəyyən mərhələyə qədər öz imkan və qabiliyyəti ilə bir mərhələdən sonra silahlı qüvvələrin digər qurumları ilə qarşılıqlı əlaqədə olaraq bu vəzifə borcunun öhdəsindən gəlməkdədir. Buna əlavə olaraq, hava əməliyyatlarının xüsusi təyinatlı qüvvələrinin müəyyən olunması çox ciddi və önəmli addımdır. Çünki dünyada gedən proseslərdən də görünməkdədir ki, bir sıra dövlətlər sürətlə reaksiyalar göstərməkdə, qərarlar verməkdə və vaxtaşırı dövlətlərin hava məkanına müdaxilələr həyata keçirməkdədirlər.

Məhz o zaman soyqırım qurbanlarının qisası alınacaq

Alp Arslan İmamqulu: “Bu, çox ciddi və önəmli addımdır”

Bunlar müxtəlif məqsədlərlə ola bilər. Hava məkanına müdaxilə, işğal, havadan kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarının qarşısının sürətlə alına bilməsi üçün hava əməliyyatlarının xüsusi təyinatlı qüvvələrinin xidmət rejiminin təşkili və gücləndirilməsi əhəmiyyətlidir. Bu gün bir sıra böyük dövlətlər hava məkanının qorunmasına dəstək niyyəti ilə kosmik səviyyədə addımlar atmaqdadır. Mütləqdir ki, Azərbaycan da bu addımı atmaqla yanaşı hava məkanımızın təhlükəsizliyini təmin etmək adına kosmik səviyyədə imkanlarımızın artırılması istiqamətində prioritetlərin planlaşdırmalarını həyata keçirməkdədir. Ümumi olaraq götürsək, bütün müstəvilərdə sərhədlərimizin tam qoruna bilir olması üçün DSX-nın imkan və qabiliyyətlərini artıracaq sürətli və qətiyyətli addımlar atmaq zərurətdir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Ramil Məmmədli: “Digər strukturlarda da bu proseslər həyata keçirilir”

Hərbi ekspert Ramil Məmmədli Dövlət Sərhəd Xidmətinin durmadan gücləndiyini, böyüdüyünü qeyd etdi: “Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə daxil olan strukturların yenilənməsi, həmçinin modernləşdirilməsi prosesləri həyata keçirilir. Davamlı olaraq biz bunun Müdafiə Nazirliyinin tərkibində olan hərbi birləşmələrə nəzər yetirdikcə şahidi ola bilirik. Amma digər strukturlarda da bu proseslər həyata keçirilir. Lakin bəzi hallarda bu, mediadan kənarda qalır. Məsələn, DSX artıq uzun illərdir ki, mərhələli şəkildə inkişaf edir və öz strukturunu genişləndirməklə məşğuldur. Əvvəllər sərhəd qoşunları və kiçik struktur formasında Milli Təhlükəsizlik Naizrliyinin tərkibində fəaliyyət göstərən Dövlət Sərhəd Xidməti indi böyük qurumlardan biri hesab olunur. Bu gün DSX-nın tərkibində qeyd olunan kimi sahil mühafizə, sərhəd qoşunları, xüsusi təyinatlı hərbi birləşmələr, aviasiya dəstəsi fəaliyyət göstərir ki, bu da artıq həmin strukturun genişlənməsindən xəbər verir. Yeni bölmənin yaradılması artıq Azərbaycan sərhədlərinin qorunması prosesində yeni mərhələnin fəaliyyətə başlaması kimi nəzərə alınmalıdır. Hadisə baş verən zaman daha çox quru ərazidən əməliyyatları aparan sərhəd qoşunları bundan sonra hava desant birləşmələri səviyyəsində bu prosesləri icra edə biləcək. Bu isə əməliyyatlarda, döyüşlərdə həm DSX-ya, həm də Azərbaycan Silahlı Qüvvələrinə bir üstünlük yaradacaq. Bu məqam həm də həmin strukturun genişlənməsinə, şəxsi heyətin böyüməsinə gətirib çıxaracaq” (musavat.com).

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti