Azərbaycan millisinin hücumçusu bu xəyalla yaşayır

18 Yanvar 02:50 Bizimkilər 860
Azərbaycan millisinin hücumçusu bu xəyalla yaşayır

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Portuqaliya kubokunda “Tondela”ya “Rio Ave”(1:0) ilə matçda qələbə qazandırıb.

Sportinfo.az xəbər verir ki, matçın qəhramanı olan Dadaşov yerli mətbuata görüşlə bağlı danışıb:

“Əvvəlcədən də oyunun çox çətin keçəcəyini bilirdik. Çünki səfərdə çox güclü rəqibə qarşı oynayırdıq. Amma biz səbirli oynadıq. Xoşbəxtlikdən topa ilk toxunuşumla qol vurdum.

Komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki onlar olmazsa, qol vura bilməzdim.

Biz bir komandayıq, ailəyik və hazırda yarımfinaldayıq. Xəyalımız finala çıxmaqdı. Qarşıda 2 oyunumuz var, biri evdə, digəri səfərdə. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

"Tondela” yarımfinalda “Portimonense” – “Mafra” matçının qalibi ilə oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti