Mahir "Legiya"da ayın ən zəif futbolçusu seçildi - Ardıcıl 2-ci dəfə

1 Dekabr 2021 17:20 Bizimkilər 818
Mahir "Legiya"da ayın ən zəif futbolçusu seçildi - Ardıcıl 2-ci dəfə

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda noyabrın ən zəif oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, komanda yoldaşı Mattias Yohanssonla ilə birlikdə -4 xala layiq görülüb.

O, oktyabrda da ən zəif 2 futbolçudan biri olub.

Varşava təmsilçisinin argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla ayın oyunçusu adına layiq görülüb.

"Legiya" noyabrda keçirdiyi 5 oyunun 4-də uduzub. Son ölkə çempionu yalnız Ekstraklasanın XVI turunda "Yagelloniya"ya minimal hesabla qalib gəlib - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu