"Lex" qapılarını Mahirin üzünə "bağladı", bunlar oldu - VİDEO

18 Oktyabr 2021 11:00 Bizimkilər 1 102
"Lex" qapılarını Mahirin üzünə "bağladı", bunlar oldu - VİDEO

Polşa çempionatında 11-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Lex”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu 65-ci dəqiqədə əvəzlənib.

11 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!