"Onlar haqqında bunu bu gün söyləmək mümkün deyil"

22 Sentyabr 2021 22:40 Bizimkilər 1 107
"Onlar haqqında bunu bu gün söyləmək mümkün deyil"

Zaman-zaman yerli futbolçuların ölkə xaricində çıxış etməməsini sərt tənqid etmişik.

Əsas milli komandamızın uğurlu çıxışı üçün bu detalın əhəmiyyətli olmasını qabartmağa çalışmışıq.

İnsafən, bu yay bizim üçün pis keçmədi. Mahir Emreli, Anton Krivotsyuk Polşa əsas liqasına keçdisə, Namiq Ələsgərov və Vüsal İsgəndərli Türkiyə birinci liqa klubları ilə müqavilə imzaladı.

Artıq Mahir "Legiya"da, Anton "Visla"da (Plotsk), Namiq "Bursaspor"da, Vüsal isə "Keçiörengücü"də kifayət qədər oyuna çıxıblar. Hətta həmyerlilərimiz imkan tapıb yeni klublarında qol hesablarını da aça biliblər. Düzdü, Namiq qol vurmayıb, amma asistləri var.

Görəsən, arxada qalan müddət adıçəkilən futbolçuların çıxışı necə alınıb? Göstərdikləri performans gələcəyə ümid verirmi?

Mövzu ilə bağlı menecer Tural Əsgərovla söhbətləşdik. O, Sportinfo.az-a açıqlamasında bunları deyib: "Mən razılaşmıram ki, qiymət vermək üçün kifayət qədər müddət keçib. Çünki arxada qalan zaman çox qısa müddətdir. Hansısa futbolçu ilk oyunlarda qol vuracaqsa və ya hansısa futbolçu ilk oyunlarda heyətə düşməyəcəksə onlar haqqında konkret ciddi əsası olan fikrin söylənməsinə qarşıyam. Bu baxımdan hələ fikir səsləndirmək istəməzdim".

Əsgərov amma adıçəkilən futbolçuların uğurlu olmaq potensialına sahib olmalarını dilə gətirib: "Ancaq onu deyə bilərəm ki, hazırda ölkə xaricində çıxış edən, daha çox gözləntimiz olan Mahir, Namiq və Anton olduqları klublarda kifayət qədər yüksək naliyyət qazanmaq imkanları var. Edə biləcəklər, edə bilməyəcəklər bunu bu gün söyləmək mümkün deyil. Bir az səbrli olub, gözləməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı