Azərbaycanlı yarımmüdafiəçi Yunanıstan klubunda

16 Sentyabr 2021 13:40 Bizimkilər 895
Azərbaycanlı yarımmüdafiəçi Yunanıstan klubunda

21 yaşlılardan ibarət yığmamızın şərəfini qorumuş Tural Bayramlı ölkə xaricində çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Yunanıstanda oynayacaq.

O, Yunanıstanın aşağı liqa təmsilçisi olan "Pierikos"la anlaşıb. Futbolçu şəxsi "feysbuk" səhifəsində Yunanıstan klubuna keçidi barədə belə yazıb:

"Bu, ölkə xaricindəki 2-ci təcrübəm olacaq. Superliqaya yüksəlməyimiz üçün əlimdən gələni edəcəm.

Məni yaxşı qarşıladıqlaırna görə, "Pierikos" rəhbərliyi və məşqçilər korpusuna təşəkkür edirəm. Yunanıstana gəlişimdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Bayramlı, "Sumqayıt", "Keşlə", "Dauqavpils" və "Zirə"da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!