Azərbaycan millisinin futbolçusu İstanbul klubunda?

23 İyun 2021 12:40 Bizimkilər 1 584
Azərbaycan millisinin futbolçusu İstanbul klubunda?

Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ozan Can Kökçü "Eyüpspor" ilə anlaşıb.

Sportinfo.az "ajanspor"a istinadən xəbər verir ki, 23 yaşlı hücumameylli yarımmüdafiəçi I liqaya yüksələn komanda ilə şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb.

Türk əsilli oyunçu Bakı klubu ilə vidalaşdıqdan sonra İstanbul təmsilçisi ilə sözləşmə imzalayacaq.

Ozan Can Kökçünun "Sabah"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

O, 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında Niderlandın "Telstar" klubunda keçirib. Vinger daha əvvəl Türkiyədə "Bursaspor" və "Giresunspor" komandalarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti