Mahirdən nə istəyir? - "Legiya"nın baş məşqçisi

20 İyun 2021 16:00 Bizimkilər 2 145
Mahirdən nə istəyir? - "Legiya"nın baş məşqçisi

"Legiya"nın baş məşqçisi Çeslav Mixneviçin Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"lə yoxlama matçında het-trik edən Mahir Emreli ilə bağlı planı məlum olub.

Təcrübəli mütəxəssis azərbaycanlı hücumçunu əsas heyətə hazırlayır.

Polşa klubu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Bude Qlimt" ilə qarşılaşacaq. İlk oyun Norveçdə olacaq. Bu mərhələnin ilk matçları 6-7 iyul, cavab görüşləri 13-14 iyul tarixlərində keçiriləcək.

Bu ay Polşa çemionu ilə 3+1 illik müqavilə imzalayan Mahir Mixneviçdən böyük dəstək alıb.

Baş məşqçi son söhbət zamanı ondan gözləntilərinin böyük olduğunu, tezliklə yerli azarkeşlərin sevimlisi ola biləçəyini qeyd edib.

Çalışdırıcı Emrelidən öz üzərindəı daha çox işləməsini istəyib, fiziki cəhətdən artırmasının vacib olduğunu söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!