Azərbaycanlı futbolçu Polşa komandasında 5-ci qolunu vurdu - VİDEO+FOTO

16 May 2021 20:40 Bizimkilər 139 635
Azərbaycanlı futbolçu Polşa komandasında 5-ci qolunu vurdu - VİDEO+FOTO

Fuad Bayramov Polşa çempionatında növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, Polşanın III Liqasının IV qrupunda onun çıxış etdiyi KSZO klubu öz meydanında “Visvoka”nı 2:0 hesabı ilə məğlub edib.

Fuad standard vəziyyətdən cərimə meydançası daxilinə edilən ötürmədən sonra başla qol vurub. 26 yaşlı yarımmüdafiəçi 20-ci dəqiqədə vurduğu bu qolla hesabı açıb.

O, 75-ci dəqiqədə zədəsi olduğu üçün əvəzlənməsini istəyib.

Bu, Fuad Bayramovun Polşa klubunda ümumilikdə beşinci qoludur. O bunlardan dördünü çempionatda, birini isə regional kubok matçında vurub.

Digər Xəbərlər
Xəbər Lenti