Azərbaycanlı futbolçuda ciddi xəstəlik aşkarlandı

16 May 2021 12:40 Bizimkilər 1 635
Azərbaycanlı futbolçuda ciddi xəstəlik aşkarlandı

Moskva "Spartak"ı ilə yollarını ayıran əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin uzun müddət oynamamasının səbəbi açıqlanıb.

Sportinfo.az "Championat" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ciddi ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün formaya və heyətə düşə bilməyib.

Lakin bu xəstəlik koronavirus olmayıb. O, cari mövsüm meydana çıxmayıb.

"Spartak"ın yetirməsi olan Ayaz Quliyev 2019-cu ildə "Rostov"da Moskva təmsilçisinə keçib. Onun yenidən "Rostov"a qayıtması gündəmdədir.

Quliyev "Spartak"da ümumilikdə 26 oyunda meydanda olub və bir qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM