"Bəzən vururam, bəzən nişan alıram - Yaxınlaşırsan və qərar verirsən"

4 Mart 2021 17:20 Bizimkilər 524
"Bəzən vururam, bəzən nişan alıram - Yaxınlaşırsan və qərar verirsən"

"Aşağı liqalarda heç vaxt penaltini boşa verməmişəm. 14 zərbəmin hamısını dəqiq vurmuşam".

Sportinfo.az xəbər verir ki, bunu Ukraynanın "Minay" klubunun əslən azərbaycanlı hücumçusu Anatoli Nuriyev "football24.ua" saytına müsahibəsində deyib.

Cari mövsüm Premyer Liqada 8 qolun 5-ni penaltidən vuran 26 yaşlı forvard burada xüsusi bir sirrin olmadığını bildirib:

"Bəzən topu qapıçıya tərəf vururam, bəzən də küncləri nişan alıram. Topa yaxınlaşırsan və qərar verirsən.

Bu, psixologiyadır. Cari mövsümdə 2 penaltidən yararlana bilməmişəm. Bundan sonra eyni əminlik olmadı".

Digər Xəbərlər
Xəbər Lenti