Azərbaycanda hərbi xidmətlə bağlı QANUN DƏYİŞDİ: BUNDAN SONRA...

24 Fevral 2021 19:50 Bizimkilər 5 893
Azərbaycanda hərbi xidmətlə bağlı QANUN DƏYİŞDİ: BUNDAN SONRA...

Sportinfo.az xəbər verir ki, Milli Məclisin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Komitə sədri Ziyafət Əsgərov layihə barədə danışarkən xatırladıb ki, bundan sonra Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət verilməsi nəzərdə tutulur.

Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM