Şəhidin arzusu ilə oğluna Rəsul adı verildi - FOTO

22 Yanvar 2021 19:50 Bizimkilər 484
Şəhidin arzusu ilə oğluna Rəsul adı verildi - FOTO

Vətən Müharibəsində itkin hesab edilən, daha sonra şəhid olduğu müəyyənləşən Qəmbərli Vüsal İlkin oğlunun övladı dünyaya gəlib.

Sportinfo.az xəbər verir ki, ötən gün dünyaya göz açan körpə şəhidin ilk övladıdır.

Bakıda – 5 saylı Şəhər Kliniki Xəstəxanasında doğulan körpə oğlandır. Ona atasının arzusu ilə Rəsul adı verilib.

1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində doğulan şəhidimiz müharibəyə könüllü olaraq qatılaraq şəhadətə yüksəlib. V.Qəmbərlinin nəşi ötən ilin dekabrın 20-də torpağa tapşırılıb.



Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda