"Özümüzə bənzəmirdik"

19 Aprel 2025 03:40 Basketbol 406
"Özümüzə bənzəmirdik"

"Hər iki tərəf oyuna tam hazır deyildi. Rəqib son 9 gündə dördüncü oyununa çıxırdı".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis "Sərhədçi" ilə oyundan sonra deyib.

Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk oyununda qazanılmış 90:64 hesablı qələbəni şərh edib:

"Bizim isə fasilədən sonra ilk oyunumuz idi. Bu səbəbdən rəqib sonuncu periodda problem yaşadı.

Biz isə əksinə oyunun əvvəlində özümüzə bənzəmirdik. Buna baxmayaraq gedişatı dəyişməyi bacardıq və basketbolçularımız yenidən oyun ritminə qayıtdı".

Seriyanın ikinci oyununa "Sərhədçi" evsahibliyi edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti