
"Sabah" basketbol klubu avrokubokların daimi mövsümünün D qrupunda 5-ci turun oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu İstanbulda yerli "Bahçeşehir"lə qarşılaşıb.
“Sabah” qrupda keçirdiyi 4 oyunun 3-də məğlub olub, 1-də qələbə qazanıb. Azərbaycan çempionu “Bağçaşəhər”lə Bakıda keçirdiyi matçda rəqibinə 65:83 hesabı ilə uduzub.
“Sabah” hazırda 5 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb.
"Bahçeşehir" (Türkiyə) - "Sabah" (Azərbaycan)
99:80 (29:15, 33:17, 20:21, 17:27)