“Ciddi bir şey yoxdur, bir neçə günə hər şey qaydasında olacaq”

03:30 Basketbol 46
“Ciddi bir şey yoxdur, bir neçə günə hər şey qaydasında olacaq”

Azərbaycanın "LANDAU Lions" basketbol klubunun FIBA Avropa Kubokunun VII turunda Slovakiya təmsilçisi "Prievidza"ya uduzmasının səbəbi heyətdə zədəli oyunçuların olmasıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın basketbolçusu Orelik Gediminas açıqlama verib.

Litvadan olan 36 yaşlı oyunçu VII turda 93:97 hesabı ilə məğlub olduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:

"Hücumda yaxşı oynadıq. Amma müdafiədə o qədər də yaxşı deyildik. İstədiyimiz kimi çıxış edə bilmədik. Məğlubiyyətin əsas səbəbi komandada hələ də tam sağalmamış zədəli basketbolçuların olmasıdır".

Zədəli olsa da, sözügedən matçda iştirak edən O. Gediminas durumu haqqında da danışıb:

"Özümü yaxşı hiss edirəm, ciddi bir şey yoxdur; bir neçə günə hər şey qaydasında olacaq".

Qrupda keçirdiyi oyunlarda cəmi birində qələbə qazanmağı bacaran "LANDAU Lions" 8 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 18:10 Çək və bizə göndər!