Millimizin kapitanı Avropa çempionatının seçmə mərhələsində mükafatlandırıldı - FOTOLAR

04:30 Basketbol 57
Millimizin kapitanı Avropa çempionatının seçmə mərhələsində mükafatlandırıldı - FOTOLAR

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət voleybol millisinin kapitanı Əhməd Məmmədli beynəlxalq turnirdə fərqlənib.

Sportinfo.az xəbər verir ki, Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatının birinci təsnifat mərhələsinin (EEVZA) yekununda iştirakçı komandaların ən yaxşı oyunçuları müəyyənləşdirilib.

Azərbaycan yığmasının üzvü Əhməd Məmmədli də fərqlənən voleybolçular sırasında yer alaraq mükafata layiq görülüb.

Noyabrın 19-22-də təşkil olunan turnirdə Azərbaycan millisi Latviya və Finlandiyaya məğlub olub. Komandamız beşinci yer uğrunda qarşılaşmada Ukraynanı 3:0 hesabı ilə məğlub edərək yarışa qələbə ilə yekun vurub.

Azərbaycan millisinin kapitanı Avropa çempionatının seçmə mərhələsində mükafatlandırıldı

Azərbaycan millisinin kapitanı Avropa çempionatının seçmə mərhələsində mükafatlandırıldı

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!