HAZIRLAŞIN: Klub sayı artırlır, Birinci Liqa yaradılır - FOTOLAR

6 İyun 2024 08:20 Basketbol 2 320
HAZIRLAŞIN: Klub sayı artırlır, Birinci Liqa yaradılır - FOTOLAR

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2024/2025 mövsümünə aid klublarla gündəlikdə olan məsələlərlə bağlı müzakirə xarakterli görüşü baş tutub.

Sportinfo.az ABF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman sarayının konfrans zalında baş tutan görüşdə federasiya prezidenti Emin Əmrullayevlə yanaşı, rəyasət heyətinin üzvləri, digər federasiya rəsmiləri və klub nümayəndələri də iştirak ediblər.

Gündəlikdə Azərbaycan Basketbol Liqasında iştirak edəcək klubların sayı, legioner və yerli oyunçu limitləri, birinci liqa və klublara bağlı U-14 Liqasının yaradılması, qadın basketbol klublarının əsaslı təşkili barədə federasiya rəhbərliyi ilə klub rəsmiləri arasında fikir mübadiləsi aparılıb.

İclasda bütün klub rəsmilərinin fikirləri federasiya rəhbərliyi tərəfindən diqqətə alınıb.

Sonda E.Əmrullayev qarşıdakı günlərdə yekun qərarların klub rəsmilərinə bəyan ediləcəyini söyləyərək, görüşü yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!