Ağayev Rumıniyada - FOTO

20 Sentyabr 2020 16:20 Azərbaycan Futbolu 640
Ağayev Rumıniyada - FOTO

FIFA referisi Əliyar Ağayev bu mövsüm UEFA-dan ilk təyinatını alıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı beynəlxalq dərəcəli hakim Rumıniyaya yollanacaq.

O, sentyabrın 24-də yerli "Styaua" və Çexiyanın "Slovan" (Liberets) komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununu idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orkhan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq. İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Curcu şəhərindəki Marin Anastasoviçi adına stadionda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!