Rüfət Dadaşov ABŞ-da növbəti qolunu vurdu - VİDEO

9 Avqust 2020 13:40 Azərbaycan Futbolu 1 347
Rüfət Dadaşov ABŞ-da növbəti qolunu vurdu - VİDEO

ABŞ-ın birinci liqasında (USL) 6-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, milli komandamızın futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" "Nyu Meksiko"nu qəbul edib.

Matç meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Rüfət oyuna start heyətdə daxil olub və 69-cu dəqiqədə əvəzlənib. O, 22-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Bu, futbolçumuzun mövsümdəki 5-ci qolu olub.Qeyd edək ki, "Finiks Rayzinq" hazırda 13 xalla B qrupunda 1-cidir.

Digər Xəbərlər
Xəbər Lenti