"Bu, Premyer Liqa üçün heç də asan olmayacaq"

31 May 2020 14:00 Azərbaycan Futbolu 927
"Bu, Premyer Liqa üçün heç də asan olmayacaq"

“Hazırda bütün futbol ictimaiyyəti Operativ Qərargahın qərarını gözləyir”.

Sportinfo.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a idman şərhçisi Sənan Şəfizadə deyib.

Premyer Liqa XX, birinci divizion isə XIX turdan sonra dayandırılıb. O bildirib ki, qərarda futbolçulara açıq havada məşq etməyə icazənin veriləcəyi təxmin edilir:

“Futbolçularımız ev şəraitində məşqçilərin tapşırıqlarını yerinə yetirirlər. Qeyd edim ki, pandemiyadan çıxmaq Azərbaycan Premyer Liqası üçün heç də asan olmayacaq.

Operativ Qərargahın icazəsindən dərhal sonra çempionata başlaya bilmərik. İdman prinsiplərinin yerinə yetrilməsi və ədalətin qorunması üçün çempionat mütləq başa çatdırılmalıdır”.

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?