Azərbaycanlı futbolçuya tribunadan fotolar "baxacaq"

29 May 2020 13:12 Azərbaycan Futbolu 698
Azərbaycanlı futbolçuya tribunadan fotolar "baxacaq"

Rusiya Premyer Liqası iştirakçısı "Ufa" azarkeşsiz keçirilən çempionatda boş tribunaları doldurmaqla bağlı müxtəlif variantları gözdən keçirir.

Sportinfo.az xəbər verir ki, tribunaları azarkeşlərin fotoları ilə bəzəmək də ehtimallar arasındadı. Bu şəkildə azarkeşlərin də oyunda "iştirakı" təmin olunacaq.

Məsələ ilə bağlı klubun baş direktoru Şamil Qazizov açıqlama verib. "Ufa" rəsmisi açıqlamasında "Azarkeşlər fotolarını klubun elektron ünvanına göndərə bilərlər.

Onların stadionda həqiqi insan kimi görünməsini təmin etməliyik. Bu fotoları pankart formasında tribunalara yerləşdirəcəyik ki, azarkeşlərin olması görüntüsü yaransın" sözlərini söyləyib.

Buna qədər tribunaların 10 faizində insanların olmasına icazə verilə biləcəyi açıqlanmışdı. Matçlarda əsasən mövsümlük biletləri olan azarkeşlərin gəlməsinə üstünlük veriləcək.

Azərbaycanlı futbolçu Azər Əliyev də hazırda "Ufa"nın formasını geyir.

Digər Xəbərlər
Xəbər Lenti