AFFA “Sabah”la oyuna çıxmaqdan imtina edən komandanı yarışdan kənarlaşdırdı

AFFA “Sabah”la oyuna çıxmaqdan imtina edən komandanı yarışdan kənarlaşdırdı

AFFA “Zəfər”i U-14 Liqasından kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, qərar İntizam Komitəsinin bugünkü iclasında qəbul edilib.

Buna səbəb komandanın çempionat çərçivəsində “Sabah”la keçirilməli olan oyuna çıxmaqdan imtina etməsidir. Bu halın mövsüm ərzində üçüncü dəfə qeydə alınması liqadan kənarlaşdırılma ilə nəticələnib.

Qərara əsasən, “Zəfər”in cari mövsümdə keçirdiyi bütün oyunların nəticələri ləğv edilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Noyabr 18:10 Çək və bizə göndər!
25 Noyabr 09:00 "Neftçi"dən yeni satış