Azərbaycanlı futbolçunu "ağ yuyub, qara sərdi": "Burada ağıl lazımdır"

26 May 11:34 Azərbaycan Futbolu 232
Azərbaycanlı futbolçunu "ağ yuyub, qara sərdi": "Burada ağıl lazımdır"

"Ayaz Quliyevin tarixçəsi "Spartak" rəhbərliyi üçün kifayət qədər açıqdır.

Bu oğlan məşqçi ilə münasibətdə izaholunmaz kobudluğa görə ikinci komandaya göndərilib".

Sportinfo.az xəbər verir ki, bunu Rusiyalı məşhur şərhçi Vasili Utkin şəxsi bloqunda yazıb.

Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Ayaz Quliyevin intizamsız hərəkətinə görə cəzalandırılmasına münasibət bildirən bloger bunun ilk dəfə baş vermədiyini vurğulayıb.

24 yaşlı yarımmüdafiəçinin bir müddət öncə piyada keçidində ABŞ vətəndaşını döyməsini xatırlayan tanınmış jurnalist onun başına gələnlərdən dərs çıxarmadığını qeyd edib:

"Tanışım mənə yazıb ki, Ayaz həmişə personalla kobud rəftar edir. Belə insanlar var. Bəzən bu xasiyyət yaşla keçir. Görünür, bu, Ayaza aid deyil. Onun piyadaya hücumu Kokorin/Mamayev hadisəsinin fonunda baş vermişdi. Həmin vaxt Quliyev həbsxananın bir neçə addımlığından keçdi. Bu da ona dərs olmadı".

V.Utkin bu cür hadisələrdən sonra məişət zorakılığı haqqında qanuna yenidən baxılacağına ümid edir: "Bunu əxlaqla əlaqələndirmirəm, Quliyev yetkin insandır. Ləyaqətli cəmiyyətdə yaşamağı bacarmır.

Özünü aparmağı öyrənməsə, ləyaqətsiz cəmiyyətdə yaşamalı olacaq. Ümid edirəm ki, məişət zorakılığı haqqında qanuna yenidən baxılacaq. Yalnız bundan sonra belə hadisələrin qarşısını almaq mümkün olacaq".

Şərhçi baş vermiş qalmaqala görə "Spartak" rəhbərliyini də günahlandırıb: "Klub ona 2 dəfə pul xərclədi: əvvəl yetişdirmək, sonra satdığı komandadan geri almaq üçün.

Komanda 5 yaşından bəri hazırladığı adamı tanıya bilmirsə, akademiyadakılar nə işlə məşğul olurlar? Oyunçu seçimləri ilə məşğul olun. Beyinləri adət-ənənələrlə doldurmayın. Burada ağıl lazımdır".

Ayaz Quliyev məşq vaxtı fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə münaqişəyə girdiyi üçün "Spartak"ın əvəzedici komandasına göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 22:40 "Sabah" ona iş verdi
8 İyul 10:24 Bravo qazandırır!
8 İyul 00:00 "Qarabağ"dan QORXURLAR!