Elxan Məmmədova şapalaq kimi dəyəcək TİKANLI ATMACA - VİDEO

8 Aprel 2020 23:20 Azərbaycan Futbolu 1 126
Elxan Məmmədova şapalaq kimi dəyəcək TİKANLI ATMACA - VİDEO

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun futbol idarəçiliyi bacarığı yerlə sürünsə də, demə, gözəl aktyorluq məharəti varmış.

Sportinfo.az xəbər verir ki, o, 17 il öncə, 24 yaşında "Bəyaz həyat" filminə çəkilib.

Filmin hazırda Avropada yaşayan rejissoru Rahim Sadıqbəyli açıqlamasında bunları deyib: "Elxan o vaxt bizim sponsor Nahid Kabakçının sahibi olduğu "Natavan center"in baş meneceri idi.

Filmin ərsəyə gəlməsində onun çox böyük dəstəyi oldu. Həmin epizod da belə yaranıb. Nahid bəyin çəkərkən Elxandan xahiş elədim ki, ingiliscə bir kəlmə de, epizoda girə bilək. O da sağ olsun, razılıq verdi".

"Offcide" səhifəsi Elxan Məmmədovun "Bəyaz həyat" serialında çəkildiyi fotonu paylaşaraq, "bu adamın kino karyerasına kim mane olubsa, tarix onu bağışlamayacaq" şərhi verib.

Filmin videosunu (Elxan Məmmədov 42-ci dəqiqədən etibarən) təqdim edirik.

Xəbər Lenti