Elxan Məmmədov "Neftçi"nin prezidentinə hörmətsizlik etdi - VİDEO

26 Mart 2020 16:28 Azərbaycan Futbolu 1 002
Elxan Məmmədov "Neftçi"nin prezidentinə hörmətsizlik etdi - VİDEO

AFFA «evdə qal, sağlam qal» trendinə video-çarx həsr edib.

Qurum rəsmi sosial şəbəkə ünvanında bununla bağlı yeni rolik yerləşdirib.

Paylaşımdan görünür ki, hər şey öncədən düşünülüb və planlanıb. Əslində, bu çağırışla çıxış eləyən ilk şəxs federasiyanın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovdur.

Lakin video-çarxı hazırlayanlar, yəqin ki, elə özünün təlimatıyla onu bir qədər ikinci plana atıb – görüntülərin başında siması gəlmir, yalnız ortalarda kameraya «yaxalanır».

Diqqətçəkən bəzi nüansları da qeyd etməliyik. Belə ki, rolikdə şadınlardan ibarət millinin üzvləri ilə yanaşı, Elxan Məmmədova yaxınlığı ilə bilinən klub nümayəndələri yer alıb. Bura prezidentlər, ayrı-ayrı rəsmilər məşqçilər, futbolçuları və başqaları daxildir.

Maraqlısı budur ki, «Neftçi»nin başqanı Kamran Quliyevlə idman direktoru Ceyhun Sultanov «top çiləmə» aksiyasına qoşulsa da, AFFA-nın operatoru onları «görməyib».

Başqa cür deyəsi olsaq, paytaxt təmsilçisinin ali mənsubları «senzura»dan keçməyib. Sözsüz, bu, təsadüfi deyil, nəyəsə işarədir.

Nəyə işarədir? Böyük ehtimalla, bu, Elxan Məmmədovun hələ də Kamran Quliyevi hələ də bağışlamamasının, bağışlaya bilməməsinin göstəricisidir.

AFFA-da iki vəzifəni icra edən zat 2 ildir incik münasibətdə olduğu Quliyevi daxilən əfv etsəydi, söhbəti yox, canfəşanlığını görməzdən gəlməzdi. Məmmədovun iş prinsipi belədir: «Hər şey mənim nəzarətimdə və icazəmlə olmalıdır».

Rolik öncə ona göstərilib, qeydləri və təklifləri nəzərə alınıb, sonra sosial şəbəkədə yerləşdirilib. Buradan çıxan nəticə odur ki, «Neftçi»nin prezidenti və idman direktorunun icraçı vitse-prezidentə yarınmaq cəhdi boşa gedib. Özlərini çağırışa səs verməyə tələsənlərin ön sırasına yetişdirsələr də, göründüyü kimi, Elxan bəy heç birini ciddiyə almayıb.

Digjər bir məqam «Qarabağ», «Qəbələ» və «Zirə» təmsilçilərinin paylaşımlarının rolikdə əksini tapmamasıdır. Hərçənd Ağdam klubunun baş meneceri Asif Əsgərov Elxan Məmmədovun harayına ilk yetişən funksionerdir.

AFFA-nın idarəçisinin kamera önrünə keçməsinin ertəsi günü evində çəkiliş aparan «Qarabağ»ın nümayəndəsi hamını qabaqlamışdı. Həmçinin «Qəbələ»nin baş meneceri Zaur Əzizov, «Zirə»nin futbolçuları federasiyanın media işinə baxan fiquranların «diqqətini çəkməyib».

Bunun adı ayrı-seçkilik, qərəz, sayğısızlıq və təxribatdır! Açığını demək lazımdırsa, Elxan Məmmədov yenə futbol camiəsini «oyun»a gətirdi və sonda əsl simasını, kimliyini nümayiş etdirdi, onlarla məzələndi. Adam budur, oyunbazdır!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti