Yeni yaranan və 10 nəfərlə oynayan bölgə komandası - VİDEO

4 Yanvar 2020 12:15 Azərbaycan Futbolu 1 451
Yeni yaranan və 10 nəfərlə oynayan bölgə komandası - VİDEO

Bu mövsümdən Azərbaycanın futbol səhnəsinə yeni klub çıxıb.

Sportinfo.az xəbər verir ki, həmin komanda "Xudat"dır.

Region Liqasının Paytaxt-Şimal zonasında mübarizə aparan kollektiv qış fasiləsinə 8-ci pillədə yollanıb. Xudatlılar keçirdiyi 8 oyundan 1-də qələbə qazanıb, digər matçları isə uduzub.

Yeni yaranan bölgə təmsilçisi futbolçu çatışmazlığı ilə üzləşib. Komanda bəzən meydana 10 nəfərlə çıxıb. Maraqlıdır ki, "Xudat" belə qarşılaşmalardan birində "Qardaşlar"a 4:1 hesabıyla qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!