AFFA bölgə təmsilçisi üçün bu işi görməyi öz üzərinə götürdü

16 Yanvar 2022 22:20 Azərbaycan Futbolu 1 159
AFFA bölgə təmsilçisi üçün bu işi görməyi öz üzərinə götürdü

Şamaxıda futbol akademiyası yaradılacaq.

Sportinfo.az bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan verilən informasiyaya görə, bu işin icrası qarşıdakı 2 ildə həyata keçiriləcək.

AFFA Tovuzdan sonra Gəncədə akademiya tikilməsinə qərar verib. Bu siyahıda Mingəçevir də yer alıb.

“Keşlə”nin “Şamaxı” adı altında fəaliyyətini davam etdirməyə razılıq verməsi burada uşaq futboluna aid infrastrukturun yaradılmasını zərurətə çevirib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dekabrın ortasında Şamaxıya səfər edib. O, Şamaxı şəhər stadionunda AFFA-nın təsis etdiyi futbol məktəbinin məşqini izləyib.

Məktəbin koordinatoru Vəli Qasımov burada hazırlıq keçən uşaqlar və seleksiya prosesi barədə məlumat verib.

Vəli Qasımovla yanaşı, məktəbdə Şamaxını təmsil edən daha üç nəfər məşqçi fəaliyyət göstərir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar