"Mənə Türkiyənin birinci liqasından təklif var"

6 İyun 2021 22:40 Azərbaycan Futbolu 1 481
"Mənə Türkiyənin birinci liqasından təklif var"

"Sabah"la müqaviləm bitdi və yollarımız ayrıldı. Təkliflərim var, amma hələ gözləyirəm. Hazırda konkret nəsə yoxdur. Gözləmə mövqeyindəyəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"dan ayrılan Elşən Abdullayev deyib.

Uzun müddətli zədədən yeni qayıdan futbolçu hazırda özünü yaxşı hiss etdiyini bildirib: "Özümü hazırda əla hiss edirəm. Çatışmayan yalnız oyun praktikasıdır. İnanıram ki, o şansı da qazansam əvvəlki formamı bərpa edəcəm".

"Sabah"ın ilk transferlərindən olan Abdullayev Ramin Quliyevin onunla yolların ayrılmasına qərar verməsinə təəccübləndiyini deyib: "Arada heç bir danışıq olmadı.

Müqaviləm bitdi və ayrıldım. Sözün düzü bu mənim özümə də qaranlıq qaldı. Düzdü, arxada qalan ili zədə səbəbindən oynaya bilmədim. Amma hazırda özümü yaxşı hiss edirəm.

Mən "Sabah"ın ilk transferiyəm. Elşad müəllimin vaxtında bura dəvət olunmuşdum. Ən azından haqqım idi ki, 3-4 ay mənə şans verilsin.

Heç vaxt özümü kimdənsə zəif hesab eləməmişəm. Tam bərpa olunmuşdum. Ancaq qismət olmadı. İnşallah inanıram ki, formamı bərpa edəcəm və gələcəkdə hər şey yaxşı olacaq.

Bizdə bir az oynamayan kimi deyillər ki, vəssalam bitdi. Futbol elə oyundur ki, bir sənə dəstək olsa, şans veriləs öz formanı bərpa edə bilərsən.

O gücü, potensialı özümdə hiss edirəm. Ola bilsin məndə zədə bir az normadan artıq olub. Hər kəsin başına gələ bilər. Heç kim sığortalanmıyıb.

Ruhdan düşməmişəm. Zədədən sonra daha güclü qayıtmağa çalışmışam. İndi də hər şey qaydasındadır. Əvvəlki kimi oynamağımda problem görmürəm. Sadəcə, mənə oyun praktikası lazımdır".

İstedadlı futbolçu yerli klublarla bərabər ölkə xaricindən də təklifləri olduğunu qeyd edib: "Türkiyə birinci liqasından təklif var. Danışıqlar gedir.

Mənə oynamaq lazımdır. Çalışıram ki, elə komanda seçim ki, daha çox oynamaq imkanım olsun. Seçimim təklifə bağlıdır. Harda daha çox şans qanacağımı düşünsəm o variantı seçəcəm".

Digər Xəbərlər
Xəbər Lenti