“Neftçi”nin futbolçusuna pul ödəməyi dayandırdı

2 İyun 2021 20:20 Azərbaycan Futbolu 2 190
“Neftçi”nin futbolçusuna pul ödəməyi dayandırdı

“Neftçi”nin futbolçusu Rəhman Hacıyevi yenidən icarəyə verməsi bu gün təsdiqlənib.

27 yaşlı yarımmüdafiəçi daha bir mövsüm “Keşlə”nin formasını geyinəcək.

Ötən mövsüm qəsəbə təmsilçisində icarə əsasında çıxış edən Hacıyev qarşıdakı mövsüm də Sənan Qurbanovun sərəncamında olacaq.

“Neftçi” bundan əvvəl Rəhmanla gələn ilin yayına qədər olan müqavilə müddətini 2 illik uzadıb. Yeni sazişə əsasən, millinin üzvü 2024-cü ilin yayına qədər flaqmana məxsus olacaq.

Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyunda 16 qola imza atıb. O, ötən mövsüm “Keşlə”nin forması altında Premyer Liqada 22 görüşdə iştirak edib, 4 dəfə fərqlənib.

Bir müddət əvvəl "Neftçi"nin baş məşqçisi Samir Abasov mətbuata açıqlamasında icarədə olanlardan yalnız Rəhmanın geri qayıtmaq şansı olduğunu demişdi. Görünür, Abasov onun da yerinə daha güclü futbolçu transfer edəcəyini qətiləşdirib.

Sportinfo.az-ın məlumatına görə, “Neftçi” oyunçusu ilə müqaviləni uzatsa da, ona etdiyi ödəməni dayandırıb.

Rəhman “Keşlə”də keçirdiyi hər ay üçün “ağ-qaralar”dan 5000 manat alıb. 10 min amanatı isə icarədə olduğu klub verib. Yeni “futbol ili”ndə belə olmayacaq. “Keşlə”dən 10000 manat maaş almaqla kifayətlənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"