"Aparıcı futbolçuların yoxluğu "Qarabağ"a təsir edəcək, amma..."

23 Aprel 2021 20:20 Azərbaycan Futbolu 1 078
"Aparıcı futbolçuların yoxluğu "Qarabağ"a təsir edəcək, amma..."

"Maraqlı mübarizə gedir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında U-19 millimizin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasında gedən çempionluq mübarizəsindən danışarkən deyib.

Gənc mütəxəssis "Neftçi"nin sona 5 tur qalmasına baxmayaraq hələ də "Qarabağ"a müqavimət göstərməsini xüsusi vurğulayıb:

"Baxmayaraq ki, 8 komandalı çempionatdı, amma əvvəlki vaxtlara baxanda gərginlik var. "Neftçi"nin "Qarabağ"a müqavimət göstərməsi çox yaxşı haldı. Son bir ayda bizi maraqlı oyunlar gözləyir".

Əliyev "Qarabağ"da olan zədəlilərin çoxluğundan da söz açıb: "Qarabağ"da olan zədələrin nə qədər komandaya çətinlik yaratmasını qarşıdakı oyunlar göstərəcək.

Ozobiç qarabağ üçün vacib fiqurdu. Şahruddinin yoxluğunda ən azından onu əvəz edən Emil Balayev var.

Aparıcı futbolçuların yoxluğu istər-istəməz təsir edəcək. Amma "Qarabağ"da bir sistem var. Qarşıda bizi gərgin mübarizə gözləyir".

Digər Xəbərlər
Xəbər Lenti