"Deyə bilərəm ki, Azərbaycan futbolunda ən böyük problem…"

14 Aprel 2021 23:20 Azərbaycan Futbolu 1 833
"Deyə bilərəm ki, Azərbaycan futbolunda ən böyük problem…"

"Deyə bilərəm ki, Azərbaycanda ən böyük problem çempionatda 8 komanda olmasıdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri yığmamızın saabiq baş məşqçisi Nikola Yurçeviç dilə gətirib.

2019-cu ilin dekabrında millimizin sükanı arxasından uzaqlaşdırılmış xorvatiyalı mütəxəssis Azərbaycan futbolunun gələcəyi və ölkə futbolunun indiki vəziyəti ilə bağlı danışıb:

"Bu çempionatda 10-12 komanda çıxış etməlidir. Mənim üçün çox önəmli futbol akademiyaları və U-21 üçün keyfiyyətli seleksiya işləridir.

Xatırlayıram, mənim dövrümdə Miloş Velebit aşağı yaş qruplarında yaxşı işlər görürdü. Mən burada inkişaf görürdüm. 21 yaşadək milli komandanın oyununa baxanda yaxşı oyunlar görə bilirəm, bu komandada yaxşı oyunçular da var.

Beləliklə Azərbaycan futbolunun inkişafı üçün güclü çempionat və aşağı yaş qruplarında U-17, U-18, U-19 və 21 yaşadək futbolçularla işləri düzgün təşkil etməklə görürəm.

Bu proseslər zamanla baş verməlidir, 1 gecədə görüləcək işlər deyil. Ümid edirəm ki, qarşıdakı bir neçə il ərzində Azərbaycan futbolunun gələcəyi daha yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti