"Zirə"nin rəhbərliyi, yəqin ki, bu şansi baş məşqçiyə verəcək"

2 May 2017 18:00 Azarkeş 705
"Zirə"nin rəhbərliyi, yəqin ki, bu şansi baş məşqçiyə verəcək"

Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların tam siyahısı dəqiqləşib. Qitəmiqyaslı turnirlərə sonuncu vəsiqəni “Zirə” qazanıb. Bakıətrafı qəsəbə təmsilçisi buna Premyer Liqanın sonuncu - XXVIII turunda nail olub. Səfərdə AZAL-ı 3:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun komandası çempionatı 4-cü pillədə başa vurub və Avropa Liqasında oynamaq hüququ qazanıb.

"Qartallar" bu yarışa vəsiqəni öncədən təmin edən “Qəbələ” və “İnter”lə birlikdə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olan “Qarabağ” isə Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında mübarizə aparacaq. Təmsilçimiz yarışa II təsnifat mərhələsindən qoşulacaq. Dünən Sportinfo.az-a bununla bağlı gelən yazıya "Zirə" azarkeşləri münasibət bildirib. Onlardan 2 nəfərin fikirlərinə yer veririk:

Hüseyn Zeynalov: "Hamı hardansa bir başlangıc götürməlidi. Heç kim birdən-birə 10 addım qabagdan başlamır. "Zirə"nin rəhbərliyi də, yəqin ki, bu şansi məşqçiyə verəcək. Məncə, o, buna layiqdi".

İdris Bədirov: "Mən razı ola bilmərəm bu yazı ilə. Bu, mənim şəxsi fikrimdi. Ayxan Abbasovun məşqçi kimi işini bilmirəm, amma bir azərbaycanlı məşqçi kimi mən istərdim ki ona bu şansı versinlər. Biz də nə vaxtsa bu təcrübəyə yiyələnməliyik, ya yox? Nə vaxta qədər lazımsız legionerlər gəlib pullanıb gedəcəklər? Əsl təcrübə qazanası vaxtdı Ayxan müəllimin. İnşallah, xeyirli-uğurlu olar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti