Dünya çempionatının seçmə qrup mərhələsində keçiriləcək Azərbaycan-Şimali İrlandiya oyununun biletləri satışa çıxarılıb. Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri www.tickets.affa.az saytından əldə etmək olar. VIP yerlərə biletlərin qiyməti 25 manatdı. 1-ci kateqoriya yerlərə biletlər 9 manat, 2-ci kateqoriya 4 manat, 3-cü kateqoriya üzrə isə 2 manatdı.
İyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. C qrupunda 5 turdan sonra Şimali İrlandiya 10 xalla 2-ci, Azərbaycan isə 7 xalla 4-cü pillədə qərarlaşıb. Bu komandalar arasında Belfastda keçirilmiş görüşdə meydan sahibləri qalib gəlib - 4:0.

