Kubokun final matçının biletləri sabahdan satışda olacaq

1 May 2017 18:12 Azarkeş 562
Kubokun final matçının biletləri sabahdan satışda olacaq

Naxçıvanda keçiriləcək Azərbaycan kubokunun final matçının biletləri sabahdan satışa çıxarılacaq. Sportinfo.az xəbər verir ki, biletləri əldə etmək istəyən yerli sakinlər Naxçıvan şəhər stadionunun kassalarına baş çəkə bilərlər.

Bakıdan bilet almaq istəyənlər isə bunun üçün PFL-ə müraciət etməlidi. Satışa 8 min bilet çıxarılacaq. Biletlərin qiyməti bütün yerlər üzrə 1 manatdı. Qeyd edək ki, həlledici görüşdə üz-üzə gələcək “Qarabağ” – “Qəbələ” matçı mayın 5-i, saat 16:00-da Naxçıvan şəhər stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?