"Bunlar fincan satıb, Messini "Neftçi"yə almaq istəyirlər"

1 May 2017 17:12 Azarkeş 778
"Bunlar fincan satıb, Messini "Neftçi"yə almaq istəyirlər"

"Neftçi”nin muzey və fanşopu bu gündən fəaliyyətə başlayıb. Muzey və fanşop oyun və bazar günləri istisna olmaqla, hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Muzeyə girişin qiyməti 2 manatdı. 7 yaşadək uşaqların girişi ödənişsizdi.

Muzeydə "Neftçi”nin yaranma tarixi ilə bağlı maraqlı məlumatlar, şəkillər və həmin dövrlərə aid eksponatlar öz əksini tapıb. Girişdə klubun SSRİ çempionatlarında geyindiyi formalar və müstəqillik dövründə qazanılmış kuboklar ("Birlik kuboku”, çempionluq kuboku, ölkə kuboku) nümayiş etdirilir.

Fanşopda isə azarkeşlər komandanın yay və qış mövsümlərinə uyğun geyimlərini, eləcə də rəmzi hədiyyələr ala bilərlər. Gələcəkdə məhsulların çeşidi alıcıların tələb və təkliflərinə uyğun olaraq artırılacaq. Sportinfo.az-ın məlumatına görə, "Neftçi" rəhbərliyinin müəyyənləşdirdiyi qiymətlər azarkeşlərdə haqlı narazılıq yaradıb.

Niyə də yox? Təsəvvür edin ki, uzunqol forma 60, qısaqol 50 manatdı. Qələm 15, kibrit 1, fincan 12, külqabı və şarf 10 manatdı. Həqiqətən qiymətlər ən azı 2-3 dəfə bahadı. 15 manata qəmə olar? Olmaya, komandanın evini yıxan Elxan Abdullayev mübarək barmaqlarıyla ona toxunub deyə, qiyməti bu qədərdi?

Bəlkə icraçı direktor Orxan Hüseynzadə əsl "Neftçi"sevərlərin bura gəlib onlar əleyhinə aksiya keçirəcəyindən ehtiyatlandığı üçün qiymət arıtımına gedib. Ki, gəlib-gedən az olsun. Öz aramızdı, kimin başına at təpib ki, forma-furmazaya bir ətək pul versin? "Neftçi"nin azarkeşlərin xalqın kasıb təbəsinin nümayəndələridi. Onun 10 manatı olsa, gedib balasına 1 kilo ət alar, bu qiymətə şarfı neyləyir? Görünür,Hüseynzadə bu yolla fanşopa yalnız özü kimi imkanlı balalarının ayağını açmaq istəyir. Gəlin, indi də qiymətlərdən şikayətlənən "Neftçi" fanatlarını dinləyək:

Elnur Hüseyn: Onu satmaq üçün qoymayıblar ki... Qoyublar ki, baxaq doyunca, sonra həsrət qalaq.

Abdurrəhim Panayev: Adi köynək alıb üstünə "Neftçi" emblemi vurmaq bundan ucuz başa gəlir. Mən elə edirəm.

Bəhram Yunus: İndoneziyadan forma sifarişi vermək bundan ucuz başa gəlir.

Nyesuh Veyalludba: 40 manatlıq çanta neçiyədi bəs?

Elsaf Kərimov: Heç kim almasın. Onda yavaş-yavaş qiymətləri salacaqlar.

Elçin Hüseynzadə: Az qalıb, yazacaqlar ki, azarkeşlərin stadıonda aldığı nəfəs 1 manatdı. Bu nədi, Allah "Neftçi"ni qurtarsın! "Qarabağ"ın bayrağını çoldə 2-3 manata satırlar kı, hamı alsın. Bizdə də dedilər ki, fanşopu, lori dildə desək, mırta açmışıq, xeyir güdmürük. Babat xeyir güdürlər amma…

Kamran Namazov: Yəqin üstünə asqırıb verirlər. "Neftçi" loqosu ilə fincan satılır. 5 manata. Mərkəzi bankın arxasında forma yazdırmaq üçün yer var, orda. "Azadlıq" metrosunun yaxınlağında da var belə yer.

Tural Tapdıqov: Yəqin qələmin xammalını Uruqvaydan çarter reysi ilə gətirirlər.

Elşən Yolçuyev: Deyəsən, bunlar fincan satıb Messini almaq istəyirlər.

Cavanşir Eladisoy: Elə bil, Səmədlə Çingiz qələmin qəlibini özü tökür...

Emil Şərqli: Görürsüz də, dəyər vərmirlər azarkeşlərə. Yəni, vecimizə deyilsiz, əsas pul olsun.

Zeynal Zeynalov: Oyun vaxtı şarfı 4, formanı 6 manata almaq olur.

Ək Bər: O əvvəllər olub, indi Elxanin dövrüdü.

Jack Gambarov: "Kamp Nou"da da eyni qiymətlərdi.

Misho H-ev: Bu qiymətlər yəqin "lox"lar üçündü,

Fərzəli Fərzəlibəyov: Qiymət səhv təyin edilib. Fincan 10, qələm 15 manat – məntiq hanı?

Heydər Rəsulzadə: İnsafınız olsun, formanı da 200 manata verin. Bunlar neyləyir? Birdəfəlik qazanmaq istəyirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti