“Kəpəz”ə bir vəfa - FOTOLAR

30 Aprel 2017 13:24 Azarkeş 857
“Kəpəz”ə bir vəfa - FOTOLAR

Premyer Liqanın 2016/2017 mövsümünün son turu çərçivəsində keçirilən “Kəpəz” – “İnter” oyunundan sonra Gəncə klubunun üzvləri azarkeşlərlə sağollaşıb. Sportinfo.az xəbər verir ki, futbolçular, məşqçilər korpusu və klub rəhbərliyi meydançanın mərkəzində toplaşıb.

Komandanın baş məşqçi Şahin Diniyev, kapitan Tural Axundov, qapıçı Davud Kərimi, yarımmüdafiəçi Serjio Karneyro, klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Cabir İbrahimov mövsüm boyu hərtərəfli dəstəyə görə azarkeşlərə və şəhər rəhbərliyinə minnətdarlıq edib. Azarkeşlər gur alqışlarla və “Kəpəz, “Kəpəz” sədaları ilə komandanı tunelə yola salıblar. Hissələrarası fasilədə tamaşaçılar üçün stadionda qısa konsert də təşkil olunub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?