Premyer Liqanın 27-ci turunda keçirilən “Zirə” - “Neftçi”(2:2) günə damğasını vura bildi. Bakılıların baş məşqçisi Elxan Abdullayevin matçın gedişində legioner limitini pozması komandaya texniki məğlubiyyət verilməsi ilə nəticələnəcək.
Bununla da “ağ-qaralar” 23 ildən sonra ilk dəfə bir çempionat matçından texniki məğlubiyyətə məruz qalacaq. “Neftçi” sonuncu dəfə 1994-cü ildə mövsümün sonuna 8 tur qalmış çempionatdan çəkildiyinə görə meydana çıxmadığı hər matçda bu cür aqibətlə üzləşmişdi.
"Forza Neftçi" artıq qərarını verib. Fanklubun dünənki bəyanatından məlum oldu ki, "Forza" Premyer Liqanın son turunu – "Qarabağ"la görüşü boykot edəcək, həmçinin başqa etiraz tədbirləri həyata keçirəcək. Belə demək mümkünsə, ümumən "Neftçi"sevərlərin səbr kasası dolub daşıb. Sosial şəbəkələr hazırkı rəhbərlik və baş məşqçidən qəzəbli yüzlərlə, minlərlə insanın əlindən "dağılır".
"Neftçi"nin bu bərbad halına kimin içi yanmır, ürəyinin başından qara qanlar axmır ki? Ölkənin ən yaşlı, bu mövsüm yaradılmasının 80 illik yubileyini keçirən klubunu ayaqlar altına atanların ünvanına xoş "arzu və diləklərini" çatdırırlar. Bakılı fanlara məxsus bir neçə səhifədə bunlarla addımbaşı qarşılaşırıq. Mövzular müxtəlif olsa da, yazılan şərhlərdən görmək olar ki, xalq "xalqın komandası" adlanan "Neftçi"nin hazırkı yönətiminin əleyhinədi:
"Neftchi Baku [Fan Page]": Status: "Hazırda səhifəmiz "Neftçi" rəhbərliyi tərəfindən izlənilir. Sonra sizin yazılarınız "screen shot" edilir və göndərilir polisə, məsuliyyət qalır boynumuzda. Anlayırıq sizi. Siz də bizi anlayın, xahiş edirik. Siz, eləcə də biz sonra pis vəziyyətə qala bilərik. Mümkünsə, şəhrlərinizdə təhqiramiz ifadələrdən istifadə etməyin. Əks halda, "ban" edəcəyik".
Daşqın Rəhimov: Əsəbimdən dəli oluram. Mən əvvəl Çingiz Abdullayevin kitablarını alıb oxuyurdum. "Neftçi"dən gedənə qədər almayacam. Protest edirəm sizi. Sizlər də edin. Azarkeşə «xuliqan» deyir, sonra hələ bir üzü qızarmır, onu stadiona dəvət edir. Azarkeşə «xuliqan» deyəni yenə də saxlayıblar orda.
Babek Babayev: Bunlar bizi ürək xəstəsi elədi. Gedin "Neftçi"dən, nə olar... Özünüzə azca hörmətiniz varsa, gedin! Allah sizə başqa yerdən ruzi verər. Başda Çingiz bəy olmaqla, bütün idarə heyəti.
Ucarlı Balası: Olan oldu, torba doldu. Çempionatda qurtardı. Avroliqa qurtardi. Vəssalam, şüttamam! Butun olanlar "Neftçi"ni sevən azarkeşlərə oldu. Nə isə özünüzü yormayın.Gələn ili də gözləyək?
Samir Əhmədov: Ölkə rəhbərliyinə bu klubun idarəçiləri barədə məktub ünvanlanmaq lazımdı. İnanın ki, məktub yazılsa, tədbir görüləcək. Bunlar klubu dağıdır.
David Xanbutayev: Axırıncı yol artıq budu. Admin, sənə qurban olum, bunlari söyməkdən başqa yolumuz qalmayıb. Allaha and olsun! Belə də şey olar? Savadsız, zəif məşqçi olması bir yana, sən demə, bu, həm de… Limit məsələsini nəzərdə tuturam. Özüm ölüm, Vəli Qasımov Elxanın yanında qələt eləyir. Vicdani olsaydı Elxanın, artıq çoxdan istefa vermişdi.
Elşən Orucov: Bos danışmayın, düzələn deyil. "Neftçi"nin rəhbəriliyi təmiz bezdirib. Gedin baxın Türkiyə klublarına. Orda bundan da pis tənqid olunur, amma klub rəhbərliyi heç kimi tutdurmur. Azərbaycanda klublar bunlara görə belə gündədi, düzələn deyil.
Elxan Xəlilov: Elxan Abdullayev deyir, söyməyin, istefa deyin. İstefa da deyirler, nə eşidir, nə qəbul edir. Bu azarkeşlər nə etsin?
Rəşad Novruzov: Elxanın toxununmazlığı var, bəs bizim əsəblərimizi kim müalicə etdirəcək?
Elgün Sultanov: Əşşi, belələrini söymək lazım deyil. Əsəblərinizi pozmayın.
Status: Elxan Abdullayev 4-cu turdan sonra "Neftçi"ni qəbul edəndə komandamız turnir cədvəlində 7-ci pillədə idi. Qışdan sonra öz komandasını qurmağa təxminən 2 milyona yaxın vəsait xərcləyən Elxan Abdullayev "böyük irəliləyiş" edərək, "Neftçi"ni 7(!)-ci pilləyə qədər yüksəldə bildi!!! BRAVO!!!!
Şirinov Orxan: Başınıza dönüm, Elxana yaxın adamlardan yoxdu ki, buna azarkeşlərin sözünü çatdırsın? Bizlər Elxanı istəmirik. O, bizi saymırsa, biz onu dünəndən saymırıq. Sən cibinə işləyirsən, biz isə şərəfimizə görə "Neftçi"liyik.
Anar Əliyev: Admin, sən də yaramızı qanatma. Nə qədər pessimist şeylər paylaşırsan… Əsəbdən partlayırıq onsuz. Bəsdi, bizi infarkt eləmək fikriniz var?
Status: Qışdan əvvəl Elxan Abdullayev - Qışdan sonra çempionatda və kubokda vuruşan əsl "Neftçi"ni görəcəksiz.
Qışdan sonra Elxan Abdullayev - İki cəbhədə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində oyunlar keçirdik. Bəlkə də kubokdan imtina etsəydik, daha yaxşı olardı. Özünüz qiymət verin..
Babək Babayev: İnşallah, gün o gün olsun ki, bu sözləri bu səhifəden oxuyaq: "Neftçi"nin Müşahidə Şurası, İdarə Heyəti və baş məşqçisi istefaya göndərildi.
İsgənder Əliyev: Salam, mən "Zirə" fanıyam. "Neftç"iyə sayqımız böyükdü. Şahmat olimpiadasında mühafizədə olmuşam. Bəhram Bağırzadə gəlmişdi, görüşdüm, dedim, bakılıyam. Danışdıq. Onda Vəli idi baş məşqçi. Soruşdum ki, "Neftçi" niyə bu gündədi? Adam yavaşca dedi ki AFFA burnunu çəksə, yaxşı olacaq. Görünən odu ki, hələ də AFFA-nın burnu ordadı. İnşallah, səsiniz yüksəklərdən gələr.
Nizami Bağirov: Bir soz deyim, hər kəs Əsger Abdullayev kimi kişi ola bilmir. Gordu alınmır, çıxdı getdi. Pul bəzi şeylərden üstün imis…
Ramin İlyas: Əsgər müəllim öz yerini bilən ağıllı insandı, bunun kimi deyil. Adam üzlü olar, amma bu qədər yox da..! Vəliyə, Elnura şükür, bunlar lap zəli oldular. Bu, deyəsən, camaatı qoyun hesab edir. Ya da bu məmləkətdə futbolu bundan başqa bilən yoxdu. Günah bunda deyil, günah onu bu vəzifədə saxlayandadı.
Rauf Salayev: Əşşi, nə deyəcək e… Getsin də… Rəhbərlik və Elxan Abdullayevə istefa! Bundan məşqçi olmaz "Neftçi"yə. Götür şələ-küləvi, çıx get.
AbdurRauf Nifteliyev: Fuflo
Murad Musayev: Əsgər Abdullayev və ya Samir Əliyev qalsaydı, indi ən azından ilk "3-lük"də idik.
Elçin İbrahimov: Əsgər müəllim qalsaydı, nəyəsə ümid edə bilərdik. Bu isə…
Aslanov Ayxan: Bəyənmədiyiniz Vəli bunun dediyi qısa zaman kəsiyi olan yarimfinal və liqa oyununda həm "qəbələ"ni keçmişdi, həm də 2 oyuna 4 xal yığmışdı. Bu isə həm yarımfinali keçə bilmədi, həm də 2 oyuna 0 xal yığdı. Vəliyə min şükür!
Tərlan Əhmədov: Artıq bundan pis gün yoxdu. "Neftçi" sevgisi başqadı, ama hamı bir nəfər kimi oyunlara getməməlidi. Bunlar pul qazanacaq, biz də əsəbdən birimiz "alkaş", birimiz narkaman olacağıq. Bunlar nə qədər … ki, "Neftçi" azarkeşlərini stadiondan çıxartdırırlar. "Elimlər"dən 70 km yol sürüb Zirəyə getmişdim, bu … bizi stadiondan çıxartdırdı.
Xaqani Əliyev: İndi bir azarkeş səhv heyət qurub, onu əlində bayraq etmisən. 100-lərlə azarkeş sənə qaymaq kimi heyət verirdi. İndi də onlardan istifadə edirsən. Onu de.
Ergun Əhmədzadə: Deyek Elxan Abdullayev getdi. kim gələcək? Adam 7 dil bilir, futbol savadı da, mənə görə, yüksək səviyyədədi. Oynatmaq istədiyi sürətli pressinq futboludu. İnşallah, istəyinə nail olacaq. Bir düşünün, maliyyə cəhətdən çökən "Neftçi"yə gətirdiyi legionerlərin hansı səviyyəsizdi? Gələn il bu məşqçinii burda tərifləyəcəksizsə, bu il söymək lazım deyil. Çünki mən inanıram ki, gələn il "Neftçi" Elxan Abdullayevlə çox baxımlı olacaq. Ən azından "Neftçi"mizin o gələndən bəri bir neçə baximlı oyununu izləmişik, danmayaq.
Orxan A-ev: Ay yaşa…
Rüstəm Quliyev: O, billə-bilə edir, guya, bilmir ki, 6 legionerdən sonra Barqas meydana girsə, 7 olur? Oyunçulardan heç kimin ağlına gəlmədi ki, Barqas yerlinin yerine girdi meydana? Barqas özü də bilirdi. Hamısını qəsdən ediler. "Neftçi" fanatlarını küsdürmək üçün. Bizim acığımıza.
Aslanov Ayxan: 8 legioner olarsa, deməli, ya Edson, ya da Jayro əsas heyyətdə olmalıdı. Onları isə Elxandan basqa heç kim əsas heyyətə salmır.
Bəhram Yunus: Çağır Vəliynən Gedeni, qəşək otursun səninlə.
Elnur Yusubov: Elxan özünü çox "bomba" biabır elədi.
Əlinağı Bakılı: Bunun bir adı var, ay Elxan! Get özünü tanı! Elnur Hüseyn: Niyə sevirsen bu insanları sən? Həyatımdı, gözəlimdi…
Seymur Sadıqov: Biri buna desin ki, basqa komandalara aiddi o limit.
Tovuzlu Balası: Sənə məşqçi deyib, komandaya təyin edənin futbol fəlsəfəsinə tullanım.
Roy: Elxan müəllim, mənə bir şans verin, görün, necə heyət qururuam. Görəsən, Daniel Seqovia bilirdimi ki, vurduğu qol xal gətirməyəcək? Bilirdimi ki, Elxan Abdullayev "Neftçi"ni məhv edib?
Mika Məmmədzadə: Elxan Abdullayev məhv etməyib "Neftçi"ni. Elxan gələnə qədər guya, normal komanda vardi? O, sadəcə, biraz da "baltaladi".
Nəsimi Əliyev: Peşəkar olaraq qeyri-peşəkarlıqla rastlaşacağını bilirdimi Seqovia?
Heydər Rəsulzadə: Bu klubun günahı nədi? Sizə nə edib? "Neftçi" erməni klubu deyil, Azerbaycanin klubudu. Tarixi klubdu. Allah komandamızı və azarkeşlərimizi bu hala salanlara lənət eləsin.!
Mirarif Eyvazlı: Məşqci bunlara xuliqan deyir? Bunun üzüntüsünə baxın. Dik dur, qardaş!
Ramin İlyas: "Neftçi"ni bu günə salanlar bu azarkeşin göz yaşına qurban olsun!
Huseyn Zeynalov: Mən "Zirə" azarkeşiyəm. Mən inanıram ki, gələn mövsümdə bu üzülən qardaşlar hamısı "Neftçi"nin uğurlarına sevinəcək.
Cavanşir Eladisoy: Xəyyam rəis, sən dik dur!
Dadas Zeynalov: Ağlama, can Xəyyam! Gələr bir zaman, "Neftçi"yə rəhm edər bizi yaradan. "Neftçi" PFK, gözünüzü açın, görün azarkeşləri nə günə qoymusuz! İnsan üçün puldan dəyərli onun mənliyidi. Bəsdirin, hər oyundan sonra güldürduz ozünüzü millətə. Elxan Abdullayev, istefa ver get! Eləmədiyin qalmadı, açmadığın oyun qalmadı bu klubun başına. Texniki məğlubiyyət aldırdın, azarkeşi polisə verdiz, "azarkeş xuliqandi" dediz, "azarkeş kənar adamdı" dediz. Futbolçular günahkardı, Vəli Qasımov günahkardi, sən təmiz insansan. Günahkarların, xuliqanların içərisində dayanıb, özünü ləkələmə. O zaman çıx get, Allahını sevirsən, çıx get! Kaş Ruslan müəllim sağ olardı, bütün bunları görərdi. Biz səninlə bacarmırıq.

