"Neftçi" avrorkuboklara vəsiqə qazana bilmədi. Kubokda mübarizəni yarımfinal mərhələsində dayandıran "ağ-qaralar" dünən də Premyer Liqada "Zirə"yə qalib gələ bilməyərək, son şansını itirdi. Düzdü, AFFA-nın nə fikirləşdiyini, proseslərin axarını necə dəyişəcəyini demək olmaz. Hələ dəqiq bilmirik. Güclü ehtimal isə budu ki, federasiya himayəsindəki "ögey" "İnter"i qanadı altına aldığı "Neftçi"yə "satacaq". Yəni, sabiq "bankirlər"in əvəzinə Orxan Hüseynzadənin icraçı direktru olduğu klub qitə arenasına yola salınacaq.
"Neftçi" fanatı haqq və ədalət istəyir. Düzgünlük istəyir, uğur istəyir, gözəl və qələbə istəyir. Allah Elxan Abdullayevin bəlasını verməsin, komandanı elə rəzil etməyib ki, onlar qalibiyyətin həzzini yaşasın. Bu azarkeşə - Xəyyam Nəzərliyə baxın - ağlayır. Onu ağladan "Neftçi"ni yerdən-yerə vuranlardı. Davam edən rüsvayçılıqlardan doymayanlardı. "Neftçi"ni "pul mənbəyi" eləyib, keçmişinin üstündən traktorla keçənlərdi. Orxan və Elxan kimilərdi (Sportinfo.az).

