"Neftçi" fanatları Elxan Abdullayevə görə stadionu tərk etdi

23 Aprel 2017 18:40 Azarkeş 854
"Neftçi" fanatları Elxan Abdullayevə görə stadionu tərk etdi

"Neftçi" Premyer Liqanın 27-ci turu çərçivəsində "Zirə"nin qonağıdı. Sportinfo.az xəbər verir ki, qonaq komandanın fanatları ilk dəqiqələrdən etibarən baş məşqçi Elxan Abdullayevi istefaya dəvət edib. Bu üzdən "Neftçi Mania" azarkeş qrupunun üzvləri isə polislər tərəfindən tribunadan uzaqlaşdırılıb. Buna etiraz əlaməti olaraq, "Forza Neftçi"nin üzvləri də stadiondan çıxıblar.

Stadionda daha bir narazılıq Ayxan Abbasovla Riçard Qadze arasında yaşanıb. İkinci hissədə Nurlan Novruzovla əvəzlənən "Zirə"li hücumçu baş məşqçiyə etirazını birbaşa paltardəyişmə otağına yollanmaqla bildirib. "Neftçi"nin qapısından komandasının 2-ci topunu keçirmiş qanalını dəhlizdən Sezar Meza Kolli geri qaytarıb (Sportinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?