"Qarabağ" və "Zirə"lilərə təklif – Avtobusa pulsuz minin!

25 May 2024 00:50 Azarkeş 1 481
"Qarabağ" və "Zirə"lilərə təklif – Avtobusa pulsuz minin!

"Qarabağ" və "Zirə" arasında “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan Kubokunun final matçında tamaşaçıların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri ayrılacaq.

Sportinfo.az xəbər verir ki, oyun günü, yəni iyun ayının 2-də saat 17:00-dan etibarən metronun Koroğlu stansiyasının qarşısında (“Piramida”nın arxasında) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobuslar futbolsevərlərin xidmətində olacaq.

“Qarabağ” və “Zirə” azarkeşlərinə istəyə uyğun olaraq klubların loqoları ilə işarələnmiş avtobuslardan istifadə imkanı da yaradılacaq.

Tamaşaçıların oyunun bitmə saatına uyğun olaraq əks istiqamətdə daşınması da təmin ediləcək.

Nəqliyyat vasitəsinin xidmətindən istifadə etmək üçün biletlərin təqdim olunması yetərlidir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”