Bu adamlar üçün "Neftçi" fanatı heç kimdi, bir qara qəpiyi dəymir!

18 Aprel 2017 16:36 Azarkeş 777
Bu adamlar üçün "Neftçi" fanatı heç kimdi, bir qara qəpiyi dəymir!

Muxbir: - Qələbəyə rəğmən, əhvalınız yoxdu sanki...
Elxan Abdullayev: - Niyə sevinməliyəm ki? Komandam bu qələbələri çoxdan qazanmalıydı.

"Neftçi" 4 oyunluq qələbə və qol həsrətini söndürdü. AZAL-ın qapısından 4 cavabsız top keçirdilər. Beləliklə, "4"də vidalaşdılar: həm uğursuz gedişatla, həm də cari mövsümdə ilk dəfə rəqibə bir oyunda bu qədər qol vurdular. Xal ehtiyatını 29-a yüksəldən "Neftçi"ni gözünü dikdiyi 4-cü pillədən hələ 4 xal ayırır. "Ağ-qaralar" gələn tur bu yerin sahibi olan "Zirə" ilə qarşılaşacaq. Paytaxt derbisi qəsəbədə baş tutacaq.

Hansı ki, "Neftçi" burda keçirdiyi bütün çempionat qarşılaşmalarında "Zirə"yə uduzub. Odu ki, Elxan Abdullayevin AZAL üzərində darmadağını bayram etməməsi təbiidi. Kubokda "Qarabağ"a uduzub son titul şansını qaçıran, Premyer Liqada isə "Zrə", "Sumqayıt" və "Kəpəz"in təklədiyi komandanın baş məşqçisi hansı gününə sevinsin? Avrokuboklara vəsiqə əldə etsələr, bu, "Bermud üçbucağı"nın sirrinin çözülməsi kimi bir şey olardı.

Muxbir: - Əvvəlkilərdən fərqli olaraq, oyundan sonra futbolçularla birgə azarkeşlərə yaxınlaşmadız...
Elxan Abdullayev: - Mən heç vaxt azarkeşlərə yaxınlaşmamışam. Mənim azarkeşlə nə işim var? Sağ olsunlar, azarkeşlik edirlər, ancaq heç vaxt onlara yaxınlaşmamışam.

Düz deyir; "12-ci oyunçu" ilə təmasdan həmişə qaçıb. Bu da ən böyük yanlışlarından biridi. Abdullayev hansı klubda çalışıbsa, azarkeş dəstəyinə məhəl qoymayıb, onların komandanın uğrunda payını görməzdən gəlib, rolunu heç sayıb və… İndi bu, başını həddən artıq ağrıdır.

Abdullayev 8 aya yaxındı iş başındadı, di gəl, dərk etməyib ki, "Neftçi"dədi və bu klubun azarkeşlərini başqalarıyla səhv salmaq olmaz. O, öz "dünya"sındadı. Bu "dünya"da isə bir Orxan Hüseynzadə, bir Kamil Məmmədov, bir də transfer bazarında satılan "məhsullar" var. Üçlüyə görə, onlar futbolu hamıdan çox bilirlər.

Trio üçün fanat heçdi, heç kimdi, bir qara qəpiyi dəymir. İlk dəfə bir böyük klubda çiyin-çiyinə çalışan bu insanlar "Neftçi"nin böyüklüyünü anlayası olsaydılar, ağ-qara rənglərə öz ürəklərinin hənirtisi ilə isitmiş o azarkeşlərin nə üçün onlara antipatiya bəslədiyini bilərdilər.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti